Bir qrup əlilliyi olan şəxsə evlərinə aparılaraq təkərli oturacaqlar təqdim edildi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bir qrup əlilliyi olan şəxsə evlərinə aparılaraq təkərli oturacaqlar təqdim edildi

ECONOMİC: Sosial Xidmətlər Agentliyinin əməkdaşları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyanın Primorye diyarındakı Azərbaycan diasporunun ölkəmizə göndərdiyi təkərli oturacaqlardan daha 20-ni əlilliyi olan şəxslərə təqdim edib.

Təkərli oturacaqlar Abşeron, Qaradağ, Xəzər, Nəsimi, Binəqədi və Yevlax rayonlarında yaşayan və ehtiyac duyan əlilliyi olan şəxslərə evlərinə aparılaraq verilib.  

Xatırladaq ki, bu ilin mart ayında Rusiyadakı diasporumuz tərəfindən əlilliyi olan şəxslər üçün ölkəmizə 566 ədəd təkərli oturacaq göndərilib. Onlardan bir hissəsi Agentliyinin tabeliyindəki Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzindəki əlilliyi olan şəxslərə verilmişdi.

Diasporumuzun sosial məsuliyyətə əsaslanan bu nəcib addımı ölkəmizdə əlilliyi olan şəxslərin təkərli oturacaqla təminatına töhfə vermək məqsədi daşıyır.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top