Bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

Bakı, 8 iyul, AZƏRTAC

Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-Kürdəmir istiqamətləri üzrə müsabiqəyə çıxarılan marşrutların qalibləri bəlli olub.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Bakı-Şabran marşrutu üzrə fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu, Bakı-Siyəzən marşrutunun 11:00 reysi üzrə fiziki şəxs Xürrəm Həmid oğlu İsmayılov, 12:00 reysi üzrə fiziki şəxs Zöhrab Ağagül oğlu Məhərrəmov, 13:00 reysi üzrə fiziki şəxs Qurbanağa Yadulla oğlu Fətullayev, Bakı-Oğuz marşrutu üzrə fiziki şəxs Hümbət Yaqub oğlu Qəribov, Bakı-Göyçay maşrutu üzrə fiziki şəxs Şəhla Tofiq qızı Məmmədova, Bakı-Kürdəmir marşrutu üzrə fiziki şəxs Məhəmməd Əli oğlu Hacıyev komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim olunmasında şəffaflığın təmin edilməsidir.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top