BİLƏSUVARDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BİLƏSUVARDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI HƏYATA KEÇİRİLİB

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

“Economic”ə verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli, Astara rayonlarının ardınca növbəti səyyar satış mart ayının 12-də Biləsuvar rayonunun Ağayrı kəndində baş tutub.

Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə ediblər.

Biləsuvar rayonunda keçirilən səyyar satış zamanı Ağayrı və ətraf 16 kənd üzrə 94 vətəndaş müraciət edərək onlardan 57 nəfər səyyar satışdan güzəştli şərtlərlə gübrə əldə ediblər. Biləsuvarda keçirilən səyyar satışda 40,1 ton ammonium nitrat gübrəsi satılıb.

Sabah mart ayının 13-də Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top