BİLƏSUVAR VƏ SAATLIDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI TƏŞKİL OLUNACAQ - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BİLƏSUVAR VƏ SAATLIDA AZOT GÜBRƏSİNİN GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ SƏYYAR SATIŞI TƏŞKİL OLUNACAQ

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.

“Economic”ə verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satış mart ayının 12-də Biləsuvar rayonun Ağayrı kəndində, mart ayının 13-də Saatlı rayonun Çolpı kəndində keçiriləcək.

Biləsuvar rayonunda səyyar satış məntəqəsi Ağayrı kəndi, İcra nümayəndəliyinin binasında təşkil ediləcək. Səyyar satışdan bu rayona ən yaxın kəndlər yararlana biləcək.

Saatlı rayonunda Səyyar satış məntəqəsi Çolpı kəndi, İcra nümayəndəliyinin binasında təşkil ediləcək. Səyyar satışdan bu rayona ən yaxın ərazilər yararlana biləcək.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Biləsuvar rayonu üzrə +99450 222 07 94 (Nurəddin Quliyev Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Saatlı rayonu üzrə +99450 332 29 98 (Ağa Əsədov Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), nömrəsi ilə əlaqə saxlaya bilərlər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top