
Bəzi uşaqlarda xəstəliyin simptomları hiss olunmasa da, bu xəstəliyin ötürücüsü rolunu oynayırlar
Sakinlərin çoxu həyətlərdə, ara küçələrdə toplaşır, tibbi maskadan istifadə etmirlər və sosial məsafə gözlənilmir.
Economic.az AZƏRTACa istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, yaşından asılı olmayaraq hər bir vətəndaş bu xəstəliyin fəsadlarını dərk etməlidir. Gənclər infeksiyanı yaşlılara ötürə biləcəklərini başa düşməlidirlər: “Elə ailələr var ki, onlarda böyüklərin testləri neqativ nəticələr verib. Azyaşlı uşaqlarda isə pozitiv testlər aşkar edilib. Bəzi uşaqlarda xəstəliyin simptomları hiss olunmasa da, bu xəstəliyin ötürücüsü rolunu oynayırlar. Ona görə də uşaqlar həyətdə oynadığı zaman mütləq gigiyenik qaydalara, xüsusən də əl gigiyenasına riayət edilməsi vacibdir”.
BƏNZƏR MƏQALƏLƏR
Yanvarın 18-dən vaksinasiyaya başlanılacaq
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılacaq. Economic.az xəbər verir ki, peyvənd ilk növbədə […]
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək […]
Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib. Economic.az xəbər […]