
Bəzi şirkətlər dizel ilə işləyən avtomobil istehsalını dayandırır
Avtomobil bazarında ənənəvi motorlar dövrü öz yerini elektrikli motorlara verməyə başlayıb. Bir çox avtomobil şirkətindən sonra bu dəfə də məşhur alman avtomobil şirkəti “Porsche” yeni istehsal etməyə başladıqları dizel modellərinin son dəfə olacağını bildirib.
Bu barədə “Porsche”nin baş icraçı direktoru Oliver Blume deyib.
Qeyd edək ki, bir qədər əvvəl “Volvo” şirkəti də 2019-cu ildən etibarən ancaq elektrikli motorlu avtomobil istehsal edəcəyini bildirib. Həmçinin dünən “Mercedes” şirkəti 2 mln. ədədə yaxın istismarda olan dizel motorlu avtomobilini zərərli tullantı norması yüksək olduğu üçün geri çağırıb. Şirkət zərərli tullantıların normasını azaltmaq üçün 220 mln. avro (253 mln. ABŞ dolları) xərcləyəcəyini bildirib.
Ekspertlər bildirirlər ki, hazırkı daşınma tarifləri müasir iqtisadi şərtlər çərçivəsində qeyri-rentabellidir. Bu səbəbdən də, tarifin dəyişdirilməsi zəruridir.
Report.az
BƏNZƏR MƏQALƏLƏR
Ümumdünya Təbiəti Mühafizə Fondu meşələrin məhvinə dair yeni hesabatını açıqlayıb
Tropik meşə örtüyünün məhv edilməsində əsas səbəbkarların Qərb ölkələri olduğu tez-tez ictimailəşdirilir. Ümumdünya Təbiəti Mühafizə […]
“Google” “YouTube” bloqerlərindən vergi tutmağa hazırlaşır
Economic.az: Amerikanın “Google” korporasiyası “YouTube” üzərindən işləyən bloqerlərdən 2021-ci ilin iyunundan vergi tutmağa hazırlıq görür. […]
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]