MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

pensiya

Bəzi pensiyaçılara kredit veriləcək – AÇIQLAMA

Azərbaycan bankları pensiyaçılara kreditlərin verilməsin dayandırsa da, bəzi pensiyaçılar kredit ala biləcəklər. Economic.az, fins.az-a istinadən bildirir ki, bu barədə bank dairələrindən bildirilib. Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara, pensiyaçılara kreditlərin verilməməsi tövsiyə olunub. Bu addımın səbəbi olaraq kreditlərin pensiyaçıların sosial vəziyyətinə təsiri göstərilir.

Eləcə də bax: Pensiyaçılara «kredit qadağası» barədə – RƏSMİ AÇIQLAMA

İndi isə kreditlərin dayandırılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bank dairələrindən fins.az-a verilən məlumata görə, son bir il ərzində ölkədə müəyyən sayda iş yerləri bağlandığına və ixtisar ehtimalları olduğundan banklar son 1 ildə daha etibarlı müştəri kateqoriyası kimi təqaüdçülərə üstünlük vermişdilər. Bunun səbəbi pensiyaçıların gəlirlərinin abit olması idi. Nəticədə pensiyaçıların kreditlərlə yüklənməsi artıb.

Eləcə də bax: “Onlar krediti qaytarmamış vəfat edə bilərlər”

Amma tövsiyyəyə əsasən, bu qayda heç də bütün pensiyaçılara aid olmayacaq: «Əgər şəxsin gəliri yalnız təqaüddən ibarətdirsə ona kredit ayrıla bilməz. Təqaüdçünün pensiyadan başqa, rəsmi iş yeri olduqda isə oradan aldığı arayış əsasında ona kredit ayrıla bilər və bu zaman təqaüd gəlirləri də nəzərə alınır».

Eləcə də bax: Pensiyaçılara kredit verilməsi qadağan edildi

Fins.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top