
Bəzi pandemiya müəssisələrinin və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb
COVID-19-la mübarizə tədbirləri çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən verilən məlumata görə, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.
Məsələ ilə əlaqədar olaraq, bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədi ilə, coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVİD xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini davam etdirir.
Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi – Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi – Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi – Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]