MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

qida

Bəzi ərzaq məhsulları qida asılılığı yarada bilər

Alimlər bəzi ərzaq məhsullarından tez-tez istifadə olunacağı halda onların qida asılılığı yaradacağını müəyyən ediblər. Bu asılılıq bir çox cəhətdən tütün, spirtli və narkotik maddələrdən asılı olanların əziyyət çəkməsinə bənzəyir.

AZƏRTAC “Aktualnıye novosti” saytına istinadla xəbər verir ki, mütəxəssislər bu cür yeməyin insan beyninə müvafiq təsir göstərərək öz xüsusiyyətlərinə görə narkotikə bənzər meyil yaratmasını müşahidə ediblər. Alimlər bu qənaətə gəliblər ki, yeməklərin bu növlərinə meyil hətta dərman müalicəsi tələb edir.

Tədqiqatlar nəticəsində aşkar olunub ki, insanlar üçün tərkibində şirin və duzlu inqrediyentlər olan yeməklərdən imtina etmək çətindir. Pitsa, hamburqer, şokolad və dondurma asılılıq yaradan qida məhsulları hesab edilir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top