Beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermə prosesini sərbəst şəkildə izləyirlər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermə prosesini sərbəst şəkildə izləyirlər

Bakı, 1 sentyabr, AZƏRTAC

Məntəqəmizdəki seçki prosesini veb-kamera vasitəsilə canlı izləmək mümkündür. Eyni zamanda, beynəlxalq müşahidəçilər buraya gələrək səsverməni rahatlıqla izləyə bilirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında 16 saylı Yasamal ikinci seçki dairəsinin 25 saylı məntəqə seçki komissiyasının sədri Kəmalə Sadıxova deyib.

O qeyd edib ki, məntəqə üzrə 1027 seçici qeydiyyata alınıb. “On səkkiz yaşı tamam olan seçicilərimizin sayı on yeddi nəfərdir. Ən yaşlı seçicimizin isə 99 yaşı var”, – deyə K.Sadıxova bildirib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top