
Beynəlxalq Multkultural Şəbəkə Türkiyədəki beynəlxalq konfransını uğurla başa vurdu .
4 oktyabr 2018-ci il tarixində Azərbaycanın Beynəlxalq Multikultural Şəbəkəsi Türkiyə fəaliyyəti çərçivəsində ölkənin Manisa şəhərində yerləşən Manisa Celal Bayar Universitetində “Beynəlxalq Multikultural Şəbəkənin İnkişafı: Multikultural Təhsil ve Öyrənmə Metodologiyası ” adlı beynəlxalq elmi konfrans keçirdi. Tədbir Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent Ülviyye Sanılı Aydının təşkilatçılığı ilə təşkil olunmuşdur.
Economic-ə verilən məlumata görə, tədbirdə Beynəlxalq Multikultural Şəbəkənin müxtəlif ölkələrdə fəaliyyət göstərən təmsilçiləri, Manisa Celal Bayar Universitetinin rəhbərlik nümayəndələri, müəllim və tələbə heyəti iştirak etdi.
Konfransın açılışında moderator Dr.Faika Çelik konfrans haqqında məlumat verərək, açılış nitqi üçün sözü İqtisadiyyat və Menecment Fakültəsinin Dekanı, Professor Mustafa Miynata verdi.Natiq çıxışında Anadolu torpaqlarının yüz illik multikultural həyat tərzini menimsədiyinə, eyni zamanda, bəşəriyyətin müasir sivilizasiya səviyyəsinə çatmasında böyük töhfələr bəxş etdiyinə diqqət çəkərək, bu mənada Beynəlxalq Multikultural Konfransın məhz Türkiyədə, Manisada təşkil olunmasının təsadüfi olmadığını söyledi.
Növbəti çıxış üçün söz Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədovaya verildi. Xəyalə Məmmədova Beynəlxalq Multikultural Şəbəkənin geniş fəaliyyəti,ölkə təmsilçilərinin dəstəyi ilə multikultural təhsil sahəsində apardıqlar elmi-araşdırmaları və Azərbaycanın uğurlu multikultural modeli haqqında konfrans iştirakçılarını geniş məlumatlandırdı.
Konfransın davamında Beynəlxalq Multikultural Şəbəkənin Pakistan təmsilçisi Umer İrfan Multikultural cəmiyyət üçün etik təhsil, Türkiyə üzrə təmsilçi Dosent Ülviyye Sanılı Aydın Multikultural təhsili öyrənmə metodologiyası, Beynəlxalq Multikultural Şəbəkənin elmi araşdırmacısı Muhamməd Nadeem Qlobalizasiya və Multikultural cəmiyyət, Dr.Haktan Birsel Cənubi Asiyada etnik azlıqlar haqqında maraqlı çıxışlar etdilər.
Konfransın maraqlı məqamlarından biri də ABŞ-ın Kaliforniya Berkeley Universitetinin multkultural təhsil üzrə professoru Jabari Mahirinin konfrans üçün özəl olaraq , video şəklində “Multikultural təhsil sahəsində müəllimlər üçün təhsil və tədris “ adlı mühazirə ilə cıxış etməsi oldu.
Konfransda Beynəlxalq Multikultural Şəbəkəsi tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti və uğurlu multikulturalizm modelinin formalaşması haqqında hazırlanmış video da konfrans iştirakçılarına təqdim edildi.
Konfransın sonunda Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent Ülviyye Sanılı Aydın beynəlxalq elmi-konfransa dəstək göstərən natiqləri, təmsilçiləri və təşkilatçıları Beynəlxalq Multikultural Şəbəkənin Diplomları ilə təltif etdilər.
Konfrans bitdikdən sonra Manisa Celal Bayar Universitetinin rəhbərliyinin təşkilatçılığı ilə konfransa qatılan qonaqlara, Beynəlxalq Multikultural Şəbəkənin nümayəndələrinə Manisa şəhərinin tarixi yerlərini gəzdirmək üçün maraqlı səfər təşkil etdilər.
BƏNZƏR MƏQALƏLƏR
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, […]
M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işlərinin 1-ci hissəsi bitib
ECONOMİC: Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına […]
Su problemlərinin innovativ həllinə istiqamətlənən layihəyə start verildi
ECONOMİC: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan […]