Beyləqan sakinləri kiber cinayətlər barədə məlumatlandırılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Beyləqan sakinləri kiber cinayətlər barədə məlumatlandırılıb

Bakı, 9 iyun, AZƏRTAC

Beyləqanda kibercinayətkarlıq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədilən cinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər. Cinayət əməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərə keçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərə ötürməməyi bir daha diqqətə çatdırıblar.

Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəmə terminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top