
BƏƏ neftin ixrac qiymətlərini artırıb
Birləşmiş Ərəb Əmirliklərinin ADNOC Milli Neft və Qaz Şirkəti iyul ayı üzrə neftin ixrac qiymətlərini artırıb.
Bu barədə “Bloomberg” BƏƏ şirkətinin sənədlərinə istinadən xəbər verir.
Məlumata əsasən, şirkətin əsas neft növü olan “Murban”ın qiyməti 5,45 ABŞ dolları (bir barel üçün) artıb.
Xatırladaq ki, bundan öncə Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” iyul ayı üçün tədarük etdiyi neftin qiymətlərini artırıb. Ən yüksək artım Asiya alıcıları üçün olub. Belə ki, Asiya ölkələri üçün neft ixracının qiyməti bir barel üçün 5,6-7,3 dollar artırılıb.
Qeyd edək ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
BƏNZƏR MƏQALƏLƏR
Bu şəxslər “WhatsApp” istifadə edə bilməyəcəklər
“WhatsApp” tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları “Facebook”-da paylaşmaq üçün icazə […]
“Azeri Light” markalı neftin qiyməti bahalaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,06 ABŞ dolları […]
Azərbaycan neftinin bir barreli 54,73 dollara satılır
Azərbaycan neftinin qiyməti bahalaşıb. AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti […]