“Beatles” qrupunun 50 il bundan qabaq yoxan çıxan gitarası rekord məbləğə satılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Beatles” qrupunun 50 il bundan qabaq yoxan çıxan gitarası rekord məbləğə satılıb

Stokholm, 1 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

Böyük Britaniyanın məşhur “Beatles” qrupunun yaradıcısı Con Lennona məxsus gitara “Julien’s” hərrac evində 2,9 milyon dollara satılıb.

AZƏRTAC xəbər verir ki, “Framus” markalı 12 simli gitara 1965-ci ildə “Help” və “Rubber Soul” albomlarının yazılması zamanı istifadə olunub.

Bu, indiyədək “Beatles”a məxsus satılan ən bahalı əşya hesab edilir.

Bildirilir ki, Lennon gitaranı Şotlandiya musiqiçisi Qordon Vellerə hədiyyə edib, o da öz növbəsində onu tur menecerinə verib. Alət daha sonra ingilis kəndindəki bir evin çardağında təxminən 50 il unudulub və yalnız ev satışa çıxarıldıqda tapılıb.

Hərrac evi alətin dəyərini 600-800 min dollar arasında qiymətləndirib.

Qeyd edək ki, ən bahalı gitara 2020-ci ildə hərracda 6 milyon dollara satılıb və Kurt Kobeynə məxsus olub.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top