BDU və Türkiyənin Fırat Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BDU və Türkiyənin Fırat Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 6 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Türkiyənin Fırat Universiteti ilə akademik əməkdaşlıq məsələləri müzakirə olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə prorektorlar Fərda İmanov və Şahin Pənahov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Fırat Universitetindən isə prorektor Mehmet Yılmaz və Beynəlxalq əlaqələr şöbəsinin müdiri İzzət Taşar iştirak ediblər.

Görüşdə iki universitet arasında müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatların aparılması, ortaq layihələrin, müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq əlaqələri müzakirə olunub. Görüşdə, həmçinin magistratura və doktorantura təhsil səviyyələrində birgə kadr hazırlığı, elmi məqalələrin nəşri üzrə də müzakirələr aparılıb.

Qeyd edək ki, 16 fakültəsi, 4 institutu olan Fırat Universiteti 1975-ci ildən fəaliyyət göstərir. 43 min tələbəsi ilə Şərqi Anadolunun ən böyük təhsil müəssisələrindən olan Fırat Universiteti elmi-tədqiqat universiteti statusunu alıb.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top