Bu qadağalar bəzi küçələrdə günün müəyyən saatlarında, digərlərində isə günün istənilən saatında aktiv olurdu.

Bildiyiniz kimi, mayın 9-16-na qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bəs görəsən bu bayram günlərində avtobus zolaqlarına çıxan minik avtomobillərinin sürücülərinə cərimə tətbiq ediləcəkmi?

Economic.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı mediaya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şənbə-bazar və qeyri-iş günlərində ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət tətbiq edilmir:

“Vacib olan ictimai nəqliyyatın çalışdığı günlərdə sürücülərin avtobus zolağının tələblərinə riayət etmələridir. Məqsəd bu zolaqlara nəzarətin gücləndirilməsi ilə yanaşı sayının da artırılmasıdır”.