Bayden: Trampla danışıq yaxşı keçdi – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bayden: Trampla danışıq yaxşı keçdi

Vaşinqton, 14 iyul, AZƏRTAC

“Ötən gecə mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağalır. Aramızda qısa, amma yaxşı danışıq keçdi”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden media qarşısında çıxışı zamanı deyib. O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanları əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib.

“Ötən gün də dediyim kimi ABŞ-də bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha vacibdir”, – deyə ABŞ prezidenti qeyd edib.

Co Bayden sui-qəsdin motivinin hələlik məlum olmadığını deyib. O həmçinin Pensilvaniyada siyasi mitinq zamanı təhlükəsizliyin təminatı ilə bağlı müstəqil araşdırmanın aparılmasına göstəriş verdiyini və yaxın saatlarda xalqa müraciət edəcəyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top