Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

Bakı, 1 iyun, AZƏRTAC

İsrail atəşkəslə bağlı hərtərəfli planı HƏMAS-a təhvil verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Baydenin sözlərinə görə, bu təşəbbüs üç mərhələni əhatə edir. Birinci mərhələ tam atəşkəsi, İsrail hərbçilərinin Qəzzadan çıxarılmasını, həmçinin HƏMAS-ın əlində olan girovların bir qisminin azad edilməsini nəzərdə tutur. Eyni zamanda, həbs olunan fələstinlilər də azad ediləcəklər.

İkinci mərhələ qalan girovların azad edilməsi müqabilində hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tutur.

Bu təşəbbüsün üçüncü mərhələsində döyüşlər nəticəsində Qəzza zolağının zərər görmüş yerləri yenidən qurulacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top