MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Baş prokurorluq

Baş Prokurorluqdan saxta “kəllə qənd” istehsalı edənlərlə bağlı – Açıqlama

“Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılıb”.

Economic.az bildirir ki, bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluğun mətbuat xidməti tərəfindən bu məsələ ilə əlaqədar verilmiş məlumata əlavə olaraq bildiririk ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoudun qənd sexlərində kəllə qəndin istehsalı zamanı məhsulun rənginin ağardılması və xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi məqsədilə istifadə olunan insan sağlamlığı üçün təhlükəli olan toz halında maddəni Bakı, Sumqayıt və Respublikanın digər şəhərlərində fəaliyyət göstərən qənd istehsalı sexlərinin sahiblərinə satışını həyata keçirməsi, həmin fərdi sahibkarların qeyd olunan maddədən kəllə qənd istehsalı zamanı istifadə edərək, hazır məhsulların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehsalçıları xeyli miqdarda aldatmağa cəhd etməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Asif İsmayılovun Cinayət Məcəlləsinin 29, 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmasına cəhd), Əli Əliyev, Teyyub Nadirov və Maqsud Əlizadənin Cinayət Məcəlləsinin 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla törədilməsinə cəhd), Tayef Davoudun isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.1 və 32.5, 29, 200.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 27 dekabr 2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinə göndərilib.

Hazırda Binəqədi rayon məhkəməsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşmaq üzrədir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top