Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev sentyabrın 17-də, saat 10:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Xızı, Siyəzən və Şabran rayon sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xızı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (Instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top