Baş dövlət baytarlıq müfəttişi: Azərbaycanda heyvanlar arasında kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil
Bakı, 2 iyul, AZƏRTAC
Hazırda Azərbaycanda heyvanlar arasında hər hansı kəskin, xüsusi təhlükəli infeksion xəstəlik mövcud deyil.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan regional olaraq bir sıra xüsusi təhlükəli heyvan xəstəliklərinə görə endemik qeyri- sağlam zonada yerləşir.
Şöbə müdiri vurğulayıb ki, dövlətin dəstəyi ilə qanunvericilik çərçivəsində xüsusi təhlükəli xəstəliklərə qarşı planlı tədbirlər həyata keçirilir.
“Tədbirlərin planlaşdırılması və onların icrasına nəzarət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Tədbirlərin icrası isə Kənd Təsərrüfatı Nazirliyi və onun aidiyyəti qurumlarının nəzarətindədir” – deyə Q. Əbdüləliyev qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]