MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

aqsimg_4346

BANM-in tələbəsi “SOCAR-AQŞ”nın təqaüdünü alacaq

Bakı Ali Neft Məktəbində ”Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbəsi İbrahim Məmmədov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasından seçilərək ”SOCAR-AQŞ” şirkətinin Tələbə Təqaüdünü qazanmışdır.”SOCAR-AQŞ” şirkətinin nümayəndələri tərəfindən keçirilən müsahibədə uğur qazanan İ. Məmmədov 2016/2017-ci tədris ili ərzində şirkətin təqaüdünü alacaq. O, 2012-ci ildə 636 balla BANM-in “Neft qaz mühəndisliyi” ixtisasına daxil olmuşdur. İbrahim Məmmədov 2015-ci ildə AZERCELL şirkəti tərəfindən tələbə təqaüdünə də layiq görülmüş, eləcə də BP-nin yay məktəbində olmuşdur.

Xatırladaq ki, keçən il də BANM-nin ”Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Eltun Sadıqov son iki semestr üzrə ən yaxşı nəticə göstərmiş beş tələbə arasından seçilərək ”SOCAR-AQŞ” şirkətinin təqaüdünü qazanmışdı.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top