BANM-in tələbəsi magistraturaya qəbulda respublika üçüncüsü oldu – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

BANM-in tələbəsi magistraturaya qəbulda respublika üçüncüsü oldu

Bakı, 10 iyun, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda respublika üçüncüsü olub.

BANM-dən AZƏRTAC-a bildirilib ki, neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Taleh Qədimov magistraturaya II cəhd üzrə qəbul imtahanlarında 91.5 bal toplayıb.

Taleh Qədimov 2019-cu ildə 655.5 bal toplayaraq BANM-ə qəbul olub. Təhsil aldığı müddət ərzində ən aktiv tələbələr sırasında öz yerini alıb. BANM-in yığma futbol komandasında, eləcə də basketbol komandasında iştirak edib.

Halliburton şirkətinin “Yay təcrübə proqramı”nda “Wireline Logging” sahəsi üzrə təcrübə keçəcək. İkiaylıq təcrübə proqramı iyulda başlayacaq.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top