Banklara rəsmi məktub göndərilib və bank rəhbərləri Palataya dəvət olunublar. - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Banklara rəsmi məktub göndərilib və bank rəhbərləri Palataya dəvət olunublar.

Azərbaycan Respublikasının Prezidentinin 01.09.2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq 10 aprel – 10 may 2017-ci il tarixlərində “Bakı Ticarət Festivalı” keçiriləcək.

Festival dövründə xarici və yerli vətəndaşlara bank xidmətlərinin keyfiyyətli və operativ həyata keçirilməsi istiqamətində görülməli işlərlə bağlı bank rəhbərlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasının Rəhbərliyi ilə müzakirəsi nəzərdə tutulur. Bu barədə artıq banklara rəsmi məktub göndərilib və bank rəhbərləri Palataya dəvət olunublar.

İşlərin Maliyyə Bazarlarına Nəzarət Palatasının Rəhbərliyi ilə müzakirəsi məqsədilə 05 aprel 2017-ci il tarixində Palatanın inzibati binasında iclas keçiriləcək.

Mənbə: marja.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top