MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

MNP

Banklar yüzlərlə işçini, işdən azad edir

28 Fevral 2017-ci il tarixinə bank sektorunda işçilərin sayı 16 662 nəfər təşkil edib. Economic.az bildirir ki, bu barədə “Marja”ya  Maliyyə bazarlarına Nəzarət Palatasından bildirilib.

Ötən ilin sonunda bank sektorunun işçi heyəti 16 947 nəfər, bu ilin Yanvar ayının sonunda isə 16 928 nəfər idi. Beləliklə, Fevralda banklarda işləyənlərin sayı 266 nəfər, cari ilin 2 ayında isə 285 nəfər azalıb.

Ötən ilin Sentyabr ayının sonunda bank sektorunun işçi heyəti 17490 nəfər idi. Ötən 5 ayda bankların işçilərinin sayı 828 nəfər azalıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top