MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

pvc

“Banklar xidmət və malların konkret siyahısını müəyyənləşdirməlidir”

“Vergi Məcəlləsinə edilən ən mühüm dəyişiklik transfer qiymətləri ilə bağlıdır”. Bunu bu gün keçirilən mətbuat-konfransında “PwC Azerbaijan” şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər ölkədəki kommersiya banklarına əlavə problemlər yaradacaq: “Bankların üzərinə öhdəlik qoyulub ki, pul kisələrinə vəsait köçürülən zaman 10% vergi tutulsun. Bu, onlar üçün əlavə problem yaradacaq. Banklar xidmət və malların konkret siyahısını müəyyən etməlidir”.

“PwC Azerbaijan” rəsmisi deyib ki, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərdə bəzi açıq məqamlar qalıb: “Bu, xüsusən də 168-ci maddə ilə bağlıdır”.

Report.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top