Banklar “Xəzərin sahilində” görüşüblər – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Banklar “Xəzərin sahilində” görüşüblər

22 iyul 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin effektivliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir həyata keçirilmişdir.

“Andrew’s Ties”, “Ballı” və “Resm şirkətlərinin partnyorluğu ilə“Bilgah Beach Hotel”də  həyata keçirilən tədbirdə ABA-ya üzv təşkilatların və sıx əməkdaşlıq etdiyi əlaqədar qurumların orta və yuxarı menecmentindən olan 130-a yaxın iştirakçı üçün  “İş və həyat balansı” adlı təlim keçirilmişdir.

Şam yeməyi ilə yekunlaşan tədbirdə müxtəlif müsabiqələr təşkil edilmiş, iştirakçılar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması üçün imkanlar təqdim edilmişdir.

Tədbirin effektini nəzərə alaraq, “Xəzərin sahilində” tədbirinin illik əsasda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top