Bank of Baku Nyu-Yorka 2 nəfərlik səyahət qazandırır! - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bank of Baku Nyu-Yorka 2 nəfərlik səyahət qazandırır!

“Sizə Yaxın Bankçılıq” şüarı ilə hər zaman müştərilərinə üstün xidmət göstərən və onlar üçün daima yeniliklərə imza atan Bank of Baku, bu dəfə müştərilərini uzaq “xəyallar şəhəri” Nyu-Yorka göndərir.

“Bank of Baku”, bu yay “GƏLİİİR” şüarı altında müştərilərinə özəl onlarla silsilə kampaniya və sürpriz yeniliklərini elan etməkdə davam edir.

Müştərilərin sevincinə səbəb olacaq bu silsilənin ən möhtəşəmi “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan” adlı kampaniyasıdır.

24 iyul – 17 sentyabr tarixlərini əhatə edən kampaniyada Bolkart debet və Bolkart kredit kart sahibləri iştirak edə bilər. Kampaniya Bolkart kartları ilə həm ölkədaxili, həm də ölkəxaricində edilən bütün ödənişlərə şamil edilir. Şərtlərə əsasən kampaniya dövründə minimum 20 AZN-lik (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan Bolkartlı qalib olacaq.

 

Kampaniyanın yekununda əsas qalibin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin həftəlik və aylıq qaliblər də təyin olunub hədiyyə ilə mükafatlandırılacaqlar. Belə ki,

 

  • Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan ilk 3 Bolkartlıya (20 AZN dəyərində əməliyyatların sayı həftə ərzində min. 3 dəfə olmaq) – Bolkart Gold/Bolkart Diamond + 100 AZN BAL;
  • Kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan Bolkartlıya (20 AZN dəyərində əməliyyatların sayı ay ərzində min. 5 dəfə olmaq) FOTOAPARAT;

 

  • Ümumi kampaniya dövründə yuxarıdakı şərtlər nəzərə alınmaqla ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə NYU-YORKA 2 NƏFƏRLIK SƏYAHƏT paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) HƏDİYYƏ olunacaq.

 

Qeyd edək ki, şərlərə əsasən, iki və daha çox Bolkartlının ödənişlərinin ümumi məbləği eyni olduqda, əməliyyat sayı daha çox olan Bolkartlı qalib hesab olunacaq.

 

Kampaniyada Bankın əməkdaşları və onların birinci dərəcəli qohumları iştirak etmir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top