Bank-ın dəstəyi ilə keçirilən "Made in Azerbaijan – 3" başa çatdı - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan – 3” başa çatdı

Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, tələbələr üçün “Made in Azerbaijan – 3” müsabiqəsi keçirir. Bankdan “Economic”ə verilən məlumata görə, müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim etməlidirlər.

Biznes ideya müsabiqəsinə respublikanın 6 universitetindən 58 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb.

Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun “Stevia” biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən biznes ideyada stevia bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur. Məhsul xüsusi olaraq şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün nəzərdə tutulub.

“2016-cı ildə Kapital Bank-laAzərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər il “Made in Azerbaijan” layihəsi həyata keçirilir. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar nümayiş olunub və ən yaxşı ideya müəllifinə Kapital Bank tərəfindən İstanbulun aparıcı universitetlərinin texnoparklarınainfotur paketi təqdim edilib. Kapital Bank gələcəkdə də təhsillə bağlı yeni layihələrin keçirilməsiniplanlaşdırılır”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamentidirektoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top