Balakənli fermerlər bu sahədən yaxşı gəlir əldə edirlər - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Balakənli fermerlər bu sahədən yaxşı gəlir əldə edirlər

Balakənli fermerlər ikinci ildir ki, taxıl biçini başa çatmış sahələrdə dən üçün təkrar qarğıdalı əkirlər. Ötən il rayonun təsərrüfatlarında 146 hektar sahədə təkrar qarğıdalı əkilmişdi. Cari ildə fermerlər tərəfindən təkrar əkinlərə maraq daha da artıb. Belə ki, indiyədək təsərrüfatlarda ötən ildəkindən 189 hektar çox, yəni 335 hektar sahədə dən üçün təkrar qarğıdalı əkilib və hazırda bu iş davam etdirilir.
Economic.az bildirir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, ötən il torpaq mülkiyyətçiləri təkrar qarğıdalı sahələrindən 788 tondan çox məhsul götürüblər. Hər hektardan orta məhsuldarlıq 53,9 sentner təşkil edib.
Sektor müdiri bildirib ki, eyni zamanda, yaz aylarında rayon ərazisində 7577 hektar sahədə dən üçün qarğıdalı əkilib. Bitkinin əkin sahəsi əvvəlki illə müqayisədə 62 hektar artırılıb. Məhsul yığımına sentyabrın əvvəllərində başlanılması nəzərdə tutulur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top