
Balakəndə fındıq istehsalı 819 ton artıb
Ötən il Balakən rayonunda meyvə bağlarından 32 min 336 ton məhsul tədarük edilib. Yığılan məhsulun 15 min 130 tonu xurma, 6 min 205 tonu fındıq, 4 min 473 tonu alma, 3 min 554 tonu armud, qalanı isə digər meyvələr olub.
Qurumdan bildiriblər ki, ötən il meyvə istehsalında ən çox artım fındıqçılıqda qeydə alınıb. Belə ki, fındıq istehsalı əvvəlki illə müqayisədə 819 ton və ya 15,2 faiz artıb. Xurma istehsalında artım 605 ton olub.
2018-ci ildə rayonda 1017 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 1010 hektarı fındıq, 3 hektarı alma, 3 hektarı alça, 1 hektarı isə qoz bağlarıdır.
AzərTac
BƏNZƏR MƏQALƏLƏR
Bu rayonların qaz təchizatında fasilə yaranacaq
Aprelin 26-29-da dörd gün müddətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında, Bakı-Quba-Rusiya Federasiyası ilə […]
Qarpız sahələrinin güzəştli sığortası başlayıb – ŞƏRTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq qarpız sahələrini sığorta etməyə başlayıb. Digər əkin sahələrində […]
Sumqayıtın 1794 nəfər sakininə icbari tibbi sığorta hesabına özəl tibb müəssisələrində xidmət göstərilib
Sumqayıt şəhərində 2021-ci ilin aprel ayının 1-dən icbari tibbi sığorta tətbiq olunur. Bir il ərzində […]