Bakının Nizami rayonunda dönərxananın fəaliyyəti dayandırılıb
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Nizami rayonunda Qara Qarayev prospekti 70 və Rüstəm Rüstəmov küçəsi, ev 29 küçələrinin kəsişməsində fəaliyyət göstərən “1inci dönər” ictimai iaşə müəssisəsində monitorinq aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, istifadə olunan avadanlıqların tamlığının pozulduğu, işçilərin əllərinin, məhsulların və avadanlıqların yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Monitorinq zamanı götürülmüş məhsulların Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan bağırsaq çöpü aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, müəssisənin fəaliyyəti dayandırılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Dünya Köçəri Oyunları: Astanada etnoaul qapılarını açdı
Astana, 8 sentyabr, AZƏRTAC 5-ci Dünya Köçəri Oyunları çərçivəsində Astanada “Köçərilər Dünyası” etnoaulunun açılışı olub. […]
-
Çinin valyuta ehtiyatları 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Bakı, 8 sentyabr, AZƏRTAC Avqust ayında Çinin valyuta ehtiyatları son 8,5 ilin ən yüksək səviyyəsinə […]
-
Alimlər sudakı kimyəvi maddələri tez və ucuz şəkildə məhv edən üsul hazırlayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC Alimlər suda “sonsuz kimyəvi maddələri” tutaraq məhv edən yeni üsul hazırlayıblar. […]