
Bakının küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək
Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.
BƏNZƏR MƏQALƏLƏR
Füzuli-Şuşa yeni avtomobil yolu ilə qısa müddət ərzində hərəkət təmin olunacaq – VİDEO / FOTO
ECONOMİC.AZ : Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev […]
Şəxsi avtomobili ilə ticarətlə məşğul olan şəxs fərqlənmə nişanı almalıdırmı?
Şəxsi avtomobili ilə pərakəndə ticarətlə -ərzaq məhsullarının satışı ilə məşğul olan fiziki şəxs fərqlənmə nişanı […]
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının idarə heyətinə yeni üzvlər seçilib
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosasiyası (ABADA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət […]