MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

teyyare_foto3

Bakıdan Monteneqroya çarter aviareysləri həyata keçiriləcək

İyunun 21-dən Bakıdan Monteneqronun Tivat kurort şəhərinə çarter aviareysləri həyata keçiriləcək.

Bu barədə Monteneqronun Azərbaycandakı fəxri konsulluğundan AZƏRTAC-a bildirilib.

“Montenegro Airlines” aviaşirkəti tərəfindən həyata keçirilən Tivat-Bakı-Tivat çarter aviareysləri yay mövsümü ilə əlaqədar olaraq açılır və sentyabr ayında başa çatacaq.

Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları təşkil olunacaq. Çarter reyslərini həyata keçirəcək təyyarə yerli vaxtla Bakıdan saat 13:00-da qalxacaq, 14:55-də Tivata çatacaq. Tivatdan isə təyyarə yerli vaxtla saat 06:30-da yola düşəcək, 12:20-də Bakıya çatacaq.

AZƏRTAC

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top