
Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər davam edəcək
AZAL 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcəkdir.
⠀
Economic.az xəbər verir ki, yeni cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə – cümə günləri yerinə yetiriləcəkdir.
⠀
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar.
⠀
Bakıda COVID-19 testini keçmək üçün klinika və laboratoriyaların siyahısı saytımızda tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-clinics
⠀
Xaricdə COVID-19-a dair testdən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçə bilərsiniz, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.
⠀
İstənilən halda həmin arayış uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.
⠀
BƏNZƏR MƏQALƏLƏR
“Eurodesign” şirkətinin təşəbbüsü ilə tələbələr üçün ödənişsiz vebinar keçiriləcək
Economic: Telekommunikasiya sahəsində yüksək səviyyəli xidmət və müasir həllər təklif edən “Eurodesign” şirkətinin təşəbbüsü ilə […]
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 […]
Startaplar niyə uğursuz olurlar? – 5 əsas səbəb
Statistikaya görə yaranmış 10 startapdan 9-u elə ilk ildə uğursuz olur və fəaliyyətin dayandırır. Bunun […]