Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

Bakı, 2 iyun, AZƏRTAC

Bakıdakı Rus evində “Rəngin sehri” adlı sərginin açılışı olub və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti keçirilib. Tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iyunun 2-dək davam edəcək sərgidə təsviri sənət müəllimi Səbinə Ağasiyevanın rəhbərliyi ilə SabinArt Rəssamlıq Məktəbinin gənc rəssamlarının, şagirdlərinin 45 əsəri təqdim olunub.

Tədbirin açılışında Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov uşaqları, eləcə də onların valideynlərini və müəllimlərini təbrik edib.

Sərginin gənc ziyarətçiləri üçün də canlı konsert proqramı təqdim olunub. Vokal və instrumental əsərlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, həmçinin 21 və 36 nömrəli musiqi məktəblərinin şagirdləri Xanım Kərimli, Leyla Məhərrəmli, Aysu Sadıqzadə və Məryəm Əliyevanın ifasında səsləndirilib.

Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru BMA-nın baş müəllimi Alyona İnyakina olub.

Bayram axşamında gənc rəssamlara diplom və hədiyyələr təqdim edilib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top