MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

velosiped

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı başlayır

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatına start veriləcək.

İyunun 9-dək davam edəcək dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycanı 8 idmançı təmsil edəcək. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Velosiped idmanının Olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır. Prezident İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli sərəncamı ilə dünya çempionatının Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Sərəncama əsasən, Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top