MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

seminar

Bakıda “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursları keçirilir

Aprelin 27-də Bakıda İqtisadiyyat Nazirliyi və Bakı Biznes Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması” layihəsi çərçivəsində “Sənaye məhsullarının keyfiyyət standartları” mövzusunda təlim kursunun  keçirilməsinə başlanmışdır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən economic-ə verilən məlumata görə, Təlimdə qida, mebel, yüngül, tikinti və s. sahələrdə fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak etmişdir.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilən layihənin məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.

Təlim kursunda rəqabətqabiliyyətliyin yüksəldilməsində keyfiyyətin rolu, keyfiyyət standartları, Keyfiyyət İdarəetmə Sisteminin prinsipləri və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

Təlim kurslarının may ayının 14-dək keçirilməsi nəzərdə tutulur. Təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top