Bakıda piyada keçidini göstərən nişanlanma xətti niyə pozulub? – RƏSMİ CAVAB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda piyada keçidini göstərən nişanlanma xətti pozulub.
Oxu.Az xəbər verir ki, “Vasmoy bazarı” kimi tanınan ərazinin yaxınlığında piyada keçidi pozulub. Bununla da piyadalar üçün keçiddə təhlükəli vəziyyət yaranıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Agentliyin mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir.
“Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə mərhələli qaydada həyata keçirilir”.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
BƏNZƏR MƏQALƏLƏR
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub […]
-
“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat […]
-
“Qapı effekti”, yuxuda danışmaq, üzün qızartısı: İdarə edə bilmədiyimiz qabiliyyətlərimiz – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər insan orqanizminin idarə edə bilmədiyi qabiliyyətlərini müəyyən […]