
Bakıda ötən ay kirayə mənzillərin qiyməti ucuzlaşıb.
Economic .Az bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, may ayında Bakıda kirayə mənzillərin qiymətində 2.15 faiz azalma müşahidə edilib. Ötən ilin may ayı ilə müqayisədə isə 2.98 faiz artım qeydə alınıb.
N.İbrahimov qeyd edib ki, mənzilin orta kirayə qiyməti 923 manat olub, 1 kvadratmetrin qiyməti isə 8.65 manat təşkil edib.
Ekspert əlavə edib ki, obyektlərin icarəsi bazarında 1 kvadratmetrin qiyməti 16.12 manat olub. Ay ərzində 1.77 faiz artım olub. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə artım 2.49 faiz təşkil edib.
BƏNZƏR MƏQALƏLƏR
ETSN: “Pinqvin” torbalardan istifadə qadağandır
“Əvvəl plastik və onun zərərləri barədə məlumatsız olan insanlar indi artıq özləri də bunun azaldılması, […]
Azərbaycan nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalını artırır
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,426 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələrini […]
Azərbaycanın meyvə-tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür
Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev açıqlayıb ki, bu ilin yanvar-iyun […]