Bakıda Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) keçirilib.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar və iş adamları iştirak ediblər.
Tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaqdır.
Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, ICSB-nin prezidenti və baş icraçı direktoru Ayman El Tarabişi, İCSB-nin İdarə Heyətinin sədri Ki Çan Kim, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının direktoru Dumitru Pintea, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin (TÜMSİAD) prezidenti Yaşar Doğan dünyada və ölkəmizdə sahibkarlığın inkişafı, KOB-ların ÜDM-də, məşğulluqda və ixracda artan rolu, müxtəlif ölkələrdə KOB-ların dəstəklənməsi tədbirləri barədə məlumat veriblər.
Tədbir çərçivəsində “Azərbaycanda kiçik biznes və sahibkarlıq”, “KOB-ların rəqəmsal transformasiyası və xarici ticarət”, “Qadınların və gənclərin sahibkarlıq fəaliyyətinin gücləndirilməsi” mövzularında panel müzakirələr də təşkil ediləcək.
Qeyd edək ki, 13-16 noyabr tarixlərində Bakıda keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə “Gələcək sahibkarların hazırlanması” mövzusunda tədbir, ADA Universitetində isə biznes və təhsil arasında əlaqələrə həsr olunmuş tədbir təşkil olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? – SORĞU + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər bir insan gündəlik tələbatını ödəmək üçün müəyyən […]
-
Ermənistan Rusiyanı yenə qəzəbləndirdi – Xəbərlərin 20:00 buraxılışı
if (screen.width > 576) { (() => { var zoneInfo = { slot: ‘/22785635315/22890818619’, size: […]
-
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro […]