Bakıda ipoteka ilə təmirli mənzillərin satışı başlandı – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıda ipoteka ilə təmirli mənzillərin satışı başlandı

“Kristal Abşeron” ilin sonuna qədər təhvil veriləcək mənzillərin satışına başlayıb. Söhbət “Azadlıq prospekti” metro stansiyasının yanında tikilməkdə olan Binəqədi rayonu, S.Sani Axundov küçəsində yerləşən yeni layihədən gedir.

Buradan ev alanların nəqliyyat problemi olmayacaq

“Kristal Abşeron” hər bir layihədə olduğu kimi, bu kompleksdə də müştərilərin bütün qayğılarını nəzərə alıb. Əvvəlcə onu qeyd edək ki, “Azadlıq” layihəsi yerləşmə məkanına görə müştərilərin ürəyincə olacaq. Belə ki, buradan Binəqədi şosesinə rahat çıxış var. Eyni zamanda kompleksin qarşısından işləyən avtobus marşrutları və metro vasitəsilə şəhərin istənilən nöqtəsinə daha tez hərəkət etmək mümkündür. Yaşayış kompleksinin qarşısında park var. Bununla yanaşı, yaxınlıqda məktəb, restoran, dövlət qurumları və iaşə obyektlərinin yerləşməsi vətəndaşlar üçün istirahət və komfortu təmin edəcək.

Mənzillər təmirli olacaq

Digər vacib məqamlardan biri mənzillərin təmirli olması ilə bağlıdır. “Kristal Abşeron” bununla bağlı da vətəndaşların qayğısını nəzərə alıb. Belə ki, artıq mənzillərin təmiri üçün əlavə xərc və zaman sərf etməyə ehtiyac olmayacaq. Bu layihədə də mənzillər müştərilərə tam təmirli şəkildə təhvil veriləcək.

Tikintidə brend məhsullar istifadə edilir

Qeyd edək ki, “Azadlıq” layihəsində beton konstruksiya işləri artıq bitib. Kompleksdə müxtəlif Avropa ölkələrindən gətirilən brend təmir və tikinti materiallarından istifadə edilir. Bina fasadı yanmayadavamlı daş yunu materialı ilə izolyasiya ediləcək. Bu da mənzillərin qışda isti, yayda isə daha sərin olmasına, sakinlərin enerji xərclərinə 70 faizədək qənaət etmələrinə xidmət edəcək.

Mənzilləri ipoteka şərtləri ilə də almaq olacaq

Satış şərtlərinə gəlincə, müştərilər mənzil alarkən 5 illik daxili kredit (tək şəxsiyyət vəsiqəsi ilə) və ya 25 illik uyğun ipoteka (iş yerindən arayış tələb olunur) imkanından faydalana bilərlər. Bütün mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) təqdim edilir.

*1544, 0125636303, 0502941010

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top