MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

internet klub

Bakıda internet klubda əməliyyat: 25 nəfər cərimələndi

Bakının Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb.

Economic-in məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən XəzərXəbər-ə bildirilib. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti və 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Rəşid Behbudov 18. ünvanında “05”, Nizami 8 ünvanında “Baku City” internet əyləncə – oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top