
Bakıda III Bankçılıq Forumu keçiriləcək
Azərbaycan Banklar Assosiasiyası (ABA) noyabrın 15-16-da Bakıda “Nağdsız iqtisadiyyat: ənənəvi banklardan rəqəmsal bankçılığa keçid” mövzusunda III Bankçılıq Forumunu keçirməyi planlaşdırır.
ABA-dan verilən məlumata görə, ikigünlük forumun məqsədi rəqəmsallaşdırma, maliyyə texnologiyaları, yeni bank məhsulları, müasir uyğunluq və risklər, məhkəmə uyğunluğu və tendensiyaların hazırkı çərçivəyə uyğunlaşdırılması, həmçinin təhlükəsizlik sahəsindəki yeni və gələcək tendensiyalar üçün platforma olmaq, eyni zamanda, müvafiq maraqlı tərəflərin hərtərəfli məlumatlandırılmasına yardım etmək məqsədilə ən yaxşı təcrübələrin mübadiləsi, maliyyə qurumları və digər şirkətlər tərəfindən uzun və ortamüddətli baxışın formalaşdırılmasına kömək etməkdir.
Forumda dövlət və nəzarət qurumlarının, maliyyə və təsərrüfat subyektlərinin, kommersiya bankları rəhbərliyinin, kommersiya və ictimai təşkilatların rəhbərlərinin, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, eləcə də digər ölkələrin müşavirliklərinin yüksək və orta səviyyəli rəhbərləri iştirak edəcək.
Forum barədə ətraflı məlumatı bu keçiddən əldə etmək olar: http://gbmevents.az/III-banking-forum/.
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]