MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

biznes forum jpg

Bakıda 25-ci Beynəlxalq Biznes Forum keçirilir

Bu gün Bakıda 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) işə başlayıb.

Tədbirdə 30-a yaxın ölkədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların, diplomatik korpusun, ticarət palatalarının və biznes assosiasiyaların nümayəndələri, 500-ə yaxın xarici investor, iş adamı iştirak edir.

IBF-in məqsədi Azərbaycanın investisiya potensialını xarici sərmayədarlara tanıtmaqdır. Forumda Azərbaycan iqtisadiyyatına, o cümlədən sənaye, kənd təsərrüfatı və turizm sahələrinə investisiya qoyuluşu imkanları, Qarabağın investisiya potensialı, dövlət-özəl sektor tərəfdaşlığı (PPP) barədə panellər, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq, əməkdaşlığa dair bir sıra sənədlər imzalanacaq.

Tədbir çərçivəsində, həmçinin iş adamları Bakıda və regionlarda bir sıra istehsal müəssisələri ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top