
Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir.
Paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyət göstərir. BNA-dan verilən məlumata görə, əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından hazırki, vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.
Yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin edilib. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə agentliyin mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzlərinin və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Gecə saatlarından şəhər yollarında svetoforların fəaliyyətində problem müşahidə olunmayıb. Ola biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki personal hazır vəziyyətə gətirilib.
BƏNZƏR MƏQALƏLƏR
Sürücülərə XƏBƏRDARLIQ: Bu hala görə 800 manat cərimə oluna bilərsiniz – VİDEO
Bəzi sürücülər dayanma-durmanın qadağan edildiyi yerlərdə avtomobilin yük yerini açıq vəziyyətdə saxlayaraq park edirlər. Belə […]
Dövlət qurumlarında 80 milyon manat maliyyə pozuntusu aşkarlanıb
Ümumilikdə 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş maliyyə pozuntularının həcmi 80,1 milyon manat […]
Bu şəxslər məsuliyyətə cəlb edildi – DTX və MİDA-dan birgə məlumat
Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilmişlər Azərbaycan Respublikası Mənzil İnşaatı […]