“Bakı Metropoliteni” QSC müxtəlif ölçü və rəngdə kafel, metlax və keramoqranitin satın alınması üzrə açıq tender elan edir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Bakı Metropoliteni” QSC müxtəlif ölçü və rəngdə kafel, metlax və keramoqranitin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

LOT-1 “Bakı Metropoliteni” QSC üçün müxtəlif ölçü və rəngdə kafel, metlax və keramoqranitin satın alınması

İştirak haqqı – 200 manat

Hesabın adı: “BAKI METROPOLITENI” QSC

Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002

VÖEN: 1402871431

Bankın adı: AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı: AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

– iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

– tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12 avqust 2020-ci il saat 15:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 20 avqust 2020-ci il saat 15:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 21 avqust 2020-ci il saat 15:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top