Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir”.

Bunu “Trend”ə müsahibəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov deyib.

Hava limanında həyata keçirilən və perspektivdə olan infrastruktur layihələrindən danışan direktor nəqliyyat vasitələrinin giriş-çıxışı və parklanma xidmətləri üçün proqram və texniki təminatın modernləşdirilməsinə diqqət çəkib.

Qeyd olunub ki, artıq ziyarətçilər parklanma haqqını həm ödəniş terminallarında nağd və nağdsız şəkildə, həm də onlayn ödəyə bilirlər. Giriş-çıxışda tətbiq olunan yeni sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyasına əsaslanır ki, bu isə öz növbəsində, vaxt itkisinin qarşısını alır.

Teymur Həsənov, həmçinin, Bakı hava limanında innovativ layihə olan “e-Gate” – minikdən əvvəl təhlükəsizlik baxışı prosesinin avtomatlaşdırılması sisteminin tətbiq mərhələsində olduğunu vurğulayıb. Bu sistem sayəsində sərnişinlər özləri uçuş öncəsi yoxlama zonasına, sadəcə, minik talonlarını toxundurmaqla daxil ola biləcəklər.

“Hava limanının müxtəlif zonalarında sərnişin axınının monitorinqi və optimallaşdırılması sistemi layihəsi – “Passenger Flow Management System” tədqiqat mərhələsindədir. Perspektivdə Heydər Əliyev Beynəlxalq Aeroportunun daxili infrastrukturunun yenilənməsi, gözləmə zallarının, restoran və mağazaların modernləşdirilməsi kimi hədəflər də var”, – deyə Bakı hava limanının direktoru əlavə edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top