Bakı Forumu: “Süni intellekt və dronlar əsrində yeni təhlükəsizlik paradiqması” mövzusunda iclas keçirilib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakı Forumu: “Süni intellekt və dronlar əsrində yeni təhlükəsizlik paradiqması” mövzusunda iclas keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XI Qlobal Bakı Forumu öz işini panel iclaslarla davam etdirir.

“Report”un xəbərinə görə, Forum çərçivəsində “Süni intellekt və dronlar əsrində yeni təhlükəsizlik paradiqması” mövzusunda növbəti panel iclası keçirilib.

BMT Baş katibinin müavini, BMT-nin Baş Qərargahının informasiya texnologiyalar üzrə baş direktoru Bernardo Mariano deyib ki, dünyada süni intellekt getdikcə inkişaf edir. Onun sözlərinə görə, süni intellekt insan beyninə çata bilmir. Əlbəttə, insan beyni daha güclüdür”.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkədə bu istiqamətdə görülən işlərdən danışıb. O qeyd edib ki, son illər Azərbaycan kiberhücumlara məruz qalır: “Ümumiyyətlə dünyada kiberhücumlar getdikcə artır. Ona görə də bu sahədə ekspertlərə ehtiyac və yeni strategiyalara ehtiyac var”.

S. Məmmədov əlavə edib ki, Azərbaycan bu istiqamətdə ciddi addımlar atır: “Kibertəhlükəsizlik sahəsində insan kapitalı getdikcə inkişaf edəcək. Biz daha ciddi addımlar ataraq, ekspertlərin sayını artıracağıq”.

Monteneqronun keçmiş müdafiə naziri Milica Pejanovic-Durişic kibertəhlükəsizliyin müdafiə və hərbi sahədəki rolundan danışıb: “Süni zəkadan bəzən mənfi məqsədlər üçün istifadə olunur. Ona görə də biz diqqətli və ehtiyatlı olmalıyıq. Biz bu imkanlardan daha çox pozitiv məqsədlər üçün istifadə etməyə çalışmalıyıq”.

Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norovun sözlərinə görə, süni intellekt riskləri də artırır: “Buna baxmayaraq, süni intellekt həm də beynəlxalq təhlükəsizliyi gücləndirə bilər. Pandemiyanın süni intellektlərin iştirakı ilə törədildiyi heç bir şübhə doğurmur”.

Qlobal Tərəfdaşlıq Forumunun prezidenti və baş icraçı direktoru Amir Dossal diqqətə çatdırıb ki, dövlətlər süni intellektə nəzarət etmir: “Bu, özəl sahədir. Eyni zamanda biz deməliyik ki, süni intellekt, o cümlədən internet həm də silahdır. Bunu təsdiqləyəcək çox nümunə var”.

Rumıniya baş nazirinin keçmiş müavini Ana Birçal təklif edib ki, artıq orta məktəblərdə kibertəhlükəsizlik sahəsində fənlər tədris olunmalıdır: “Bu, indiki dövrün tələbidir”.

Türkiyənin Çexiyadakı keçmiş səfiri Egemen Bağışın fikrincə, süni intellektdən müsbət məqsədlər üçün istifadə edilməlidir: “Məsələn, biz terrorla mübarizədə süni intellektin imkanlarından istifadə edirik”.

Bununla da panel iclası başa çatıb.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top