MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

-380a2d63162140084929549986110758989

“Bakı Fond Birjası” səhmdarlarına hesabat verəcək

İyunun 17-də, saat 15:00-da “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək.

Yığıncaq BFB-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2A ünvanında olacaq.

Yığıncağın gündəliyinə birjanın 2020-ci ildəki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank (“Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top